AZ

Azərbaycanda dağıdıcı zəlzələ olacaq? - VİDEO

"Aprelin 8-i Xəzər dənizində 5.3 maqnitudada baş verən zəlzələ istər-istəməz bütün layları, blokları tərpədib. Ona görə də afterşoklar davam edəcək"

Ekologiya.az  xəbər verir ki, bunu Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli Xəzər TV-yə müsahibəsində deyib. O bildirib ki, zəlzələr Xəzər dənizi üçün xarakterikdir.

Seysmoloqun sözlərinə görə, Xəzərdə güclü zəlzələ olması ehtimalı çox aşağıdır.

Qurban Yetirmişli həmçinin ölkənin quru ərazilərində hər hansı dağıdıcı zəlzələ gözlənilmədiyini bildirib.




Seçilən
9
4
ekologiya.az

5Mənbələr