AZ

Tramp Hindistanın Baş nazirinə zəng etdi –NƏDƏN DANIŞIBLAR?

ABŞ Prezidenti Donald Tramp Hindistanın Baş naziri Narendra Modiyə  telefonla zəng edib.

 

Bu barədə Modi "X" sosial şəbəkəsində yazıb.

 

"Dostum, Prezident Donald Tramp mənə zəng etdi. Biz müxtəlif sektorlar üzrə ikitərəfli əməkdaşlığımızda əldə edilmiş əhəmiyyətli irəliləyişi nəzərdən keçirdik. Biz bütün sahələrdə Hərtərəfli Qlobal Strateji Tərəfdaşlığımızın daha da möhkəmləndirilməsinə sadiqik", - o bildirib.

 

Modinin sözlərinə görə, onlar Hörmüz boğazının açıq və təhlükəsiz saxlanılmasının vacibliyini vurğulayaraq, Yaxın Şərqdəki vəziyyəti də müzakirə ediblər.

Seçilən
20
6
senzor.az

7Mənbələr