ABŞ prezidenti Donald Tramp İsrailin baş naziri Binyamin Netanyahunun İranla münaqişəni qızışdırmaq cəhdindən sonra ondan uzaq durmaq qərarına gəlib.
Publika.az xəbər verir ki, bu barədə ABŞ ordusunun keçmiş polkovniki Lorens Uilkerson “Dialogue Works” “YouTube” kanalında məlumat verib.
Onun sözlərinə görə, Vaşinqtonun Təl-Əvivdən Livana zərbə endirməyi dayandırmasını tələb etməsi ABŞ-ın “komfort zona”dan çıxdığını göstərir.
"İndi isə Tramp əslində Netanyahudan uzaqlaşmağa çalışır. Əgər Netanyahu Livanla bağlı ona deyilənləri etməsə, bu məsafə daha da artacaq", - deyə Uilkerson hesab edir.
O qeyd edib ki, İsrailin baş naziri ABŞ-ın Yaxın Şərq münaqişəsində nəzarəti itirməsində qismən məsuliyyət daşıyır və məhz buna görə də onların vəziyyəti daha da pisləşir.