AZ

"İranla müharibə sona yaxınlaşır"

ABŞ prezidenti Donald Tramp hesab edir ki, ölkəsinin İsraillə birlikdə İrana qarşı apardığı müharibə "sona yaxındır".

Herbiand.az xəbər verir ki, bunu ABŞ Prezidenti Fox News kanalına müsahibəsində bildirib.

"Müdaxilə etməli oldum, çünki əgər etməsəydim, İran hazırda nüvə silahına sahib olardı. Əgər onların nüvə silahı olsaydı, oradakı hər kəsə "cənab" deyə müraciət etməli olardınız və bunu istəmirdiniz".

Müharibənin bitib-bitməməsi ilə bağlı əlavə suala prezident belə cavab verib: "Düşünürəm ki, bitməyə yaxındır, bəli. Yəni, düşünürəm ki, bitməyə çox yaxındır".

AP-nin məlumatına görə, İranda müharibənin başlanğıcından bəri Donald Tramp dəfələrlə ABŞ-ın qələbəsini elan edib, baxmayaraq ki, reallıq daha mürəkkəb idi.

Seçilən
12
herbiand.az

1Mənbələr