AZ

Lavrov: "İranın uran zənginləşdirmək hüququ müzakirə mövzusu deyil"

Lavrov:

İranın uranı dinc məqsədlərlə zənginləşdirmə hüququ ayrılmazdır.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov Çinə rəsmi səfərinin yekunlarına dair jurnalistlərə açıqlamasında bildirib.

"Uranı dinc məqsədlərlə zənginləşdirmə hüququ İran İslam Respublikasının ayrılmaz hüququdur. İslam Respublikası danışıqlar zamanı bu hüquqdan necə istifadə edəcək — fasilə verəcək, yoxsa bu hüququn qorunub saxlanılmasında israr edəcək — bu prinsipə, yəni zənginləşdirmə hüququnun universallığı prinsipinə əsaslanan hər hansı yanaşma Rusiya tərəfindən qəbul ediləcək", — deyə o bildirib.

Məryəm Quliyeva

Seçilən
11
1
xalqcebhesi.az

2Mənbələr