AZ

Magistraturanın II cəhdinə qeydiyyatdan keçənlərin sayı açıqlandı

BAKI, 15 aprel. TELEQRAF

2026–2027-ci tədris ili üçün magistraturaya qəbul imtahanının ikinci cəhdində iştirak etmək üçün qeydiyyatdan keçənlərin sayı məlum olub.

Teleqraf xəbər verir ki, ümumilikdə 23 078 nəfər qeydiyyatdan keçib. Onlardan 21 364 nəfəri Azərbaycan bölməsi, 1 714 nəfəri isə rus bölməsi üzrədir.

Qeyd edək ki, magistraturaya qəbul imtahanının ikinci cəhdi 17 may tarixində keçiriləcək.

Seçilən
33
teleqraf.com

1Mənbələr