AZ

Vence: “Epşteyn-Tramp yaxınlığı iddiaları saxtadır”

ABŞ vitse-prezidenti Cey Di Vens demokratların Donald Trampın Cefri Epşteynin ən yaxın dostu olması ilə bağlı irəli sürdüyü iddiaları “saxta” adlandırıb.

“Yeni Sabah” xəbər verir ki, Vens mühafizəkar gənclər qarşısında etdiyi çıxışı zamanı qeyd edib:

"Keçmiş maliyyəçinin pis insan olması və nüfuzlu şəxslərlə əlaqələrinin mövcudluğu mübahisə doğurmur".

Vitse-prezident əlavə edib ki, mövcud elektron məktublara baxıldıqda, Epşteynin Trampa mənfi münasibət bəslədiyi aydın görünür:

“E-poçtları araşdırsanız, aydın olur ki, Epşteyn Donald Trampa nifrət edirdi”.

Vensin fikrincə, Epşteynin Trampa qarşı belə münasibətdə olması, əksinə, ABŞ prezidentinin xeyrinə qiymətləndirilə bilər.


Telegram kanalımız
Seçilən
27
yenisabah.az

1Mənbələr