AZ

Xameneinin qisası mütləq alınacaq! Tehrandan vəd

ain.az, GlobalInfo portalına istinadən məlumat verir.

“Şəhidlərin qanı heç vaxt yerdə qalmayacaq və qisası mütləq alınacaq”.

Globalinfo.az xəbər verir ki, bunu İran parlamentinin sədr müavini Ali Nikzad sabiq ali lider Əli Xameneinin və bir sıra yüksək rütbəli hərbi komandirlərin öldürülməsinə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, bu cavab uyğun zaman və məkanda, düşünülmüş şəkildə veriləcək və düşmənlər öz addımlarının ağır nəticələri ilə üzləşəcəklər.

A.Nikzad əlavə edib ki, elektrik enerjisi, tibb və kənd təsərrüfatı kimi sahələrdə sülh məqsədilə uranın zənginləşdirilməsi İranın dəyişməz haqqıdır:

“Bu, bizim üçün qəti “qırmızı xətt” sayılır və heç bir danışıq mümkün deyil”.

İran rəsmisi həmçinin vurğulayıb ki, Tehran Livan, Yəmən, İraq və Suriyada fəaliyyət göstərən qüvvələrə dəstəyini davam etdirir və düşmənlərin məqsədlərinə çatmasına imkan verməyəcək.

Safura Bənnayeva

Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
12
globalinfo.az

1Mənbələr