AZ

Rusiya XİN: Azərbaycan rusiyalıların təxliyəsinə kömək edib

Azərbaycan İrandan xarici vətəndaşların çıxarılması prosesində mühüm rol oynayıb və bu istiqamətdə Rusiya vətəndaşlarına da dəstək göstərib.

Aznews.az xəbər verir ki, bu barədə Aleksey Klimov Rusiya Xarici İşlər Nazirliyinin Konsulluq Departamentinin rəhbəri — TASS agentliyinə açıqlamasında məlumat verib.

Onun sözlərinə görə, Bakı tərəfi Astara sərhəd keçid məntəqəsi vasitəsilə keçid üçün şərait yaradıb.

Qeyd edək ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyatlara başlayıb. Zərbələr ölkənin ən böyük şəhərlərinə, o cümlədən Tehrana endirilib. Ağ Ev hücumu İslam Respublikasından qaynaqlanan raket və nüvə təhdidləri ilə əsaslandırıb. İrana endirilən zərbələr nəticəsində ölkənin ali rəhbəri ayətullah Əli Xamenei və rəhbərliyin bəzi digər əsas fiqurları həlak olub. İranın İnqilab Keşikçiləri Korpusu İsrailə qarşı genişmiqyaslı cavab əməliyyatı həyata keçirdiyini bəyan edib. İran eyni zamanda ballistik raketlər, qanadlı raketlər və pilotsuz uçuş aparatları ilə ABŞ-nin Bəhreyn, İordaniya, İraq, Qətər, Küveyt, BƏƏ, Oman, Səudiyyə Ərəbistanı və Suriyadakı obyektlərini hədəfə alır.

Seçilən
22
1
aznews.az

2Mənbələr