AZ

Pəncərədən küçəyə 1 milyon atdı - Video

Çinin Şantou şəhərində lüks mənzildə yaşayan yaşlı qadın balkonundan aşağıya böyük məbləğdə pul səpərək küçədə xaos yaradıb.

Bizim.Media xəbər verir ki, hadisə gündüz saatlarında baş verib.

Qadın mənzilinin pəncərəsini açaraq 1000 HKD (Honkonq dolları) nominallı əskinaslardan ibarət bağlamaları küçəyə atmağa başlayıb. Havada uçuşan pulları görən sakinlər əvvəlcə çaşqınlıq yaşasa da, qısa müddət sonra onları toplamaq üçün küçəyə axışıblar.
 

Şahidlərin sözlərinə və sosial şəbəkələrdə yayılan görüntülərə əsasən, qadın bu hərəkəti bir neçə dəfə təkrarlayıb. Bildirilir ki, hər biri təxminən 100 min HKD olan bağlamaları ard-arda aşağı atan qadın bunu tam laqeyd şəkildə, sanki zibil atırmış kimi edib.


Məlumata görə, qadının atdığı məbləğin 1 milyon Honkonq dolları (təxminən 128 min ABŞ dolları) olduğu ehtimal edilir.

Pulların havada uçuşması nəqliyyatın dayanmasına və ciddi sıxlığa səbəb olub. Həm piyadalar, həm də sürücülər pulları toplamaq üçün təhlükəli hərəkətlər ediblər. Bəzi şəxslərin ağac budaqlarında ilişib qalan əskinasları götürmək üçün riskli addımlar atdığı müşahidə olunub.

Hadisədən sonra əraziyə polis qüvvələri cəlb edilib və yaşlı qadının bu addımı atmasının səbəbləri ilə bağlı araşdırma başladılıb.


Bizim.Media

Seçilən
19
bizim.media

1Mənbələr