AZ

Almaniyadan Ukraynaya milyardlarla yeni yardım “Patriot” raketləri də göndəriləcək

ain.az, Azpolitika.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Almaniya və Ukrayna arasında münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Almaniya kansleri Fridrix Merts bildirib ki, Ukrayna Prezidenti Volodimir Zelenskinin Berlinə səfəri çərçivəsində tərəflər strateji tərəfdaşlıq sazişi və bir sıra sahələrdə, o cümlədən müdafiə istiqamətində əməkdaşlıq müqavilələri imzalayıblar. Onun sözlərinə görə, Ukraynaya hava hücumundan müdafiə, uzaqmənzilli silahlar, pilotsuz aparat və artilleriya sursatları üzrə kompleks dəstək tədbirləri razılaşdırılıb.

Ukrayna nümayəndə heyətinin üzvü Mixail Fedorov isə bildirib ki, Almaniya ilə 4 milyard avroluq yeni genişmiqyaslı əməkdaşlıq paketi razılaşdırılıb. O qeyd edib ki, bu paket PVO-nun gücləndirilməsi, uzaqmənzilli imkanların artırılması və dronların birgə istehsalını əhatə edir.

Fedorov vurğulayıb ki, Almaniya “Patriot” sistemləri üçün yüzlərlə raketin alınmasını maliyyələşdirəcək, həmçinin 36 ədəd IRIS-T buraxılış qurğusunun tədarükü nəzərdə tutulur.

Nazir əlavə edib ki, “Build with Ukraine” təşəbbüsü çərçivəsində süni intellekt əsaslı orta mənzilli dronların birgə istehsalı planlaşdırılır və ilkin mərhələdə Ukrayna ordusu üçün 5 min dron istehsal ediləcək.

Bundan başqa, Raytheon şirkətinin Ukraynaya 3,7 milyard dollarlıq “Patriot” raketlərinin tədarükü üzrə müqavilə imzaladığı bildirilib.

Zelenski qeyd edib ki, Ukrayna silahların böyük hissəsini artıq özü istehsal edir və əlavə maliyyə olarsa bu həcmi iki dəfə artıra bilər. O, eyni zamanda, Viktor Orban tərəfindən bloklanan 90 milyard avroluq Aİ kreditinə diqqət çəkib. Merts isə Macarıstanda hakimiyyət dəyişikliyindən sonra bu vəsaitin tezliklə açılacağına ümid etdiyini bildirib.

“AzPolitika.info”

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
22
azpolitika.info

1Mənbələr