AZ

İranın millisinin DÇ 2026 da iştirak ehtimalı artır

Idman.biz portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

İranın idman və gənclər naziri Əhməd Donyamali futbol üzrə ölkə millisinin 2026-cı ildə ABŞ, Kanada və Meksikada təşkil olunacaq dünya çempionatında iştirakı ilə bağlı mediaya açıqlama verib.

İdman.Biz xəbər verir ki, nazir “Tasnim News”a açıqlamasında təhlükəsizlik məsələsinin həlledici rol oynadığını vurğulayıb.

“Əgər idmançıların təhlükəsizliyi təmin olunarsa, ölkədəki vəziyyəti nəzərə alaraq hökumət onların dünya çempionatına göndərilməsinə icazə verəcək. Biz milli komandanın hazırlığını dəstəkləməli və bütün logistika tələblərini yerinə yetirməliyik.

Vəziyyət nə qədər çox normallaşarsa, dünya çempionatında iştirak ehtimalımız bir o qədər artacaq. Gərginlik nə qədər yüksələrsə, bir sıra vacib amilləri nəzərə alaraq daha çox qərar qəbul etməli olacağıq", - deyə Donyamali vurğulayıb.

İdman.Biz

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
6
1
icma.az

2Mənbələr