AZ

ABŞ-siz Hörmüz: Avropanın yeni planı

“The Wall Street Journal” qəzetinin məlumatına görə, Avropa planının əsas məqsədi hərbi əməliyyatlar başa çatdıqdan sonra gəmiçilik şirkətlərinə boğazdan təhlükəsiz keçidlə bağlı inam yaratmaqdır. Əvvəllər Yaxın Şərqdəki hadisələrdə hərbi iştiraka ehtiyatla yanaşan Almaniyanın da bu təşəbbüsə qoşulacağı ehtimal edilir.

Avropa ölkələri hələ də ABŞ-nin bu planda iştirakı məsələsində ortaq mövqeyə gələ bilməyiblər. Fransız diplomatları Vaşinqtonun iştirakının təşəbbüsü İran üçün qəbuledilməz edə biləcəyini düşünür. Böyük Britaniya rəsmiləri isə ABŞ-nin kənarda qalmasının Prezident Donald Trampı narazı sala biləcəyini və əməliyyatın miqyasını azalda biləcəyini hesab edirlər.

Qəzet Avropa planının üç əsas məqsədini qeyd edir: boğazdan keçən logistika marşrutlarının bərpası, mina təmizləmə əməliyyatlarının aparılması və ticarət gəmilərinin hərbi gəmilərlə müşayiət olunmasının təmin edilməsi.
Seçilən
24
1
azvision.az

2Mənbələr