AZ

CNN: İran atəşkəsdən yeraltı tunellərdə qalan raket qurğularını çıxarmaq üçün istifadə edir

İran atəşkəsdən yeraltı tunellərdə qalan raket qurğularını çıxarmaq üçün istifadə edir.

CNN tunellərin girişini açan texnikanın işini əks etdirən peyk görüntülərini yayıb.

Peyk görüntüləri göstərir ki, İran atəşkəs dövründə hava zərbələri nəticəsində yeraltı tunellərdə qalmış raket buraxılış qurğularını çıxarmaq üçün ağır texnikadan istifadə edir.

ABŞ kəşfiyyatının son qiymətləndirmələrinə əsasən, bir ay davam edən döyüşlərdən sonra İranın raket buraxılış qurğularının təxminən yarısı hələ də salamat qalıb.

Bildirilir ki, bu qurğuların bir çoxu ABŞ və İsrailin tunel girişlərinə endirdiyi zərbələr nəticəsində torpaq altında qalıb. Hazırda isə İranın onları yenidən üzə çıxarmağa çalışdığı müşahidə olunur.

Seçilən
25
2
apa.az

8Mənbələr