AZ

"Bavariya" 60 milyona ulduz futbolçu ALIR

Almaniyanın "Bavariya" klubu yay transfer dönəmində heyətini gücləndirməyi planlaşdırır.

Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, Münhen təmsilçisi "Nyukasl"ın cinah hücumçusu Antoni Qordonu əsas transfer hədəflərindən biri kimi müəyyənləşdirib.

Artıq 25 yaşlı futbolçunun nümayəndələri ilə ilkin və ciddi danışıqların başladığı bildirilir. Transferin təxminən 60 milyon avro qarşılığında reallaşa biləcəyi ehtimal olunur.

Qeyd edək ki, Entoni Qordonun "Nyukasl"la müqaviləsi 2030-cu ilin ortalarınadək qüvvədədir və anlaşmada sərbəstqalma maddəsi yer almır.

Hüseyn
Milli.Az

Seçilən
12
1
milli.az

2Mənbələr