AZ

Hörmüz üçün xüsusi rejim HAZIRLANIR

İran hakimiyyəti Hörmüz boğazı üçün geosiyasi əhəmiyyətə malik xüsusi rejim hazırlamağı planlaşdırır.

Turkustan.az xəbər verir ki, bu barədə hökumət sözçüsü Fatimə Mühacirani RİA "Novosti"-yə bildirib.

"Hörmüz boğazı ölkəmizin xüsusi mülkiyyətidir. Müxtəlif ölkələrlə qarşılıqlı əlaqə üçün istifadə edilən hər hansı bir mülk kimi onun üçün də xüsusi rejim hazırlanmalıdır", - Mühacirani vurğulayıb.

Onun sözlərinə görə, İran İslam Respublikası Hörmüz boğazı üzərində suverenliklə bağlı milli maraqlarının qorunmasını təmin etmək üçün bütün zəruri vasitələrdən istifadə edəcək. /Cebheinfo.az/

Seçilən
19
1
turkustan.az

2Mənbələr