AZ

İranın idman naziri yığmanın DÇ-2026-da iştirakı üçün şərti açıqladı

BAKI, 15 aprel. TELEQRAF

İranın idman və gənclər naziri Əhməd Donyamali ölkə millisinin 2026-cı il dünya çempionatında iştirakı ilə bağlı danışıb.

Teleqraf “Tasnim”ə istinadən xəbər verir ki, o, bildirib ki, futbolçuların təhlükəsizliyi təmin olunacağı təqdirdə hökumət komandanın turnirə göndərilməsinə icazə verəcək:

“Əgər idmançıların təhlükəsizliyi təmin olunarsa, ölkədəki vəziyyət nəzərə alınmaqla onların dünya çempionatına yollanmasına icazə veriləcək. Biz milli komandanı hazır vəziyyətdə saxlamağa və bütün logistik tələbləri yerinə yetirməyə borcluyuq.

Vəziyyət nə qədər tez normallaşarsa, mundialda iştirak ehtimalımız bir o qədər yüksək olacaq. Gərginlik artdıqca isə bir sıra vacib amilləri nəzərə alaraq daha çox qərar qəbul etməli olacağıq”.

Qeyd edək ki, İran Asiya Futbol Konfederasiyasının seçmə mərhələsində qrupunu lider tamamlayaraq DÇ-2026-ya vəsiqə qazanan ilk komandalardan biri olub. ABŞ, Kanada və Meksikanın ev sahibliyi edəcəyi 2026-cı il dünya çempionatı 11 iyunda start götürəcək.

Seçilən
6
teleqraf.com

1Mənbələr