AZ

Azərbaycanda istiliyin verilməsi dayandırılıb

Bakı. Trend:

Respublikanın dağ rayonları istisna olmaqla 2025–2026-cı illərpayız-qış mövsümü yekunlaşıb.

Bu barədə Trend-ə “Azəristiliktəchizat” ASC-dən məlumatverilib.

Bildirilib ki, mövsüm ərzində regionlar üzrə 196 qazanxanavasitəsilə 588 yaşayış binası, 100 məktəb, 36 uşaq bağçası, 44səhiyyə obyekti, 227 sosial və digər təsərrüfat obyekti istiliklətəmin edilib. İsti su təchizatı xidmətləri çərçivəsində Bakı şəhərivə regionlarda 41 qazanxana vasitəsilə 46 çoxmənzilli yaşayışbinasında yerləşən 3111 mənzil, 123 sosial və digər təsərrüfatobyekti isti su ilə təmin olunub.

”Mövsüm ərzində 1309 qazan qurğusu, 3450 nasos avadanlığı,1000kilometrə yaxın magistral və məhəllədaxili istilik xətləri,ümumilikdə 80 mindən çox tənzimləyici və nizamlayıcı armatur,avadanlıq və qurğuların texniki təhlükəsizlik və texniki istismarqaydalarına uyğun istismarı təmin edilib. 2026-cı ilin birincirübündə 924 min 820 Qkal istilik enerjisi istehsal olunub ki, bu daötən ilin müvafiq dövrü ilə müqayisədə 32 min 910 Qkal və ya 3,7faiz çox olub. Bu mövsümdə istismar müddəti başa çatmış daha 7 ədədköhnə tipli qazanxananın yenidən qurulması işləri tamamlanıb vəistismara verilib”.

Seçilən
14
az.trend.az

1Mənbələr