AZ

"Körpələrinə ürəyim ağrıdı, onunla başqa cür DANIŞARDIM"

Əməkdar artist Sevinc Sarıyeva sosial şəbəkədə ünvanına yazılan təhqiramiz şərhlərlə bağlı açıqlama verib.

Milli.Az-ın məlumatına görə, sənətçi "Qonaqcanlı" verilişində bildirib ki, həmin istifadəçini onun oğlu tapıb. Müğənni qeyd edib ki, məsələni araşdıran oğlu qarşı tərəflə görüşərək yazılanların səbəbini soruşub.

S.Sarıyevanın sözlərinə görə, paylaşımı edən şəxs qadın olub və suallara aydın cavab verə bilməyib. İfaçı əlavə edib ki, qarşı tərəfin övladlarını nəzərə alaraq daha sərt reaksiya verməyib:

"Uşaqlarına yazığım gəldi. Amma belə şeylər düzgün deyil. Biz də insanıq, qadınıq. Heç kim haqqında əsassız fikirlər yazmaq olmaz".

Musa
Milli.Az

Seçilən
12
2
milli.az

3Mənbələr