AZ

Deputat Sevil Mikayılova Parlamentlərarası İttifaqda yüksək vəzifəyə təyin olunub (FOTO)

Bakı. Trend:

Beynəlxalq Parlamentlərarası İttifaqının (IPU) Azərbaycandanolan vitse-prezidenti, Milli Məclisin deputatı Sevil MikayılovaIPU-da yüksək vəzifəyə təyin edilib.

Trend xəbər verirki, o, IPU-nun Gender Əməkdaşlığı Komitəsinin sədri seçilib.

Komitənin tərkibinin müəyyənləşməsi üçün seçkilər İstanbuldakeçirilən IPU-nun 152-ci Assambleyası çərçivəsində baş tutub.Komitə təşkilat daxilində gender islahatlarına nəzarəti həyatakeçirir və bu sahədə qlobal miqyasda təşəbbüslərlə çıxış edir.

Xatırladaq ki, deputat Sevil Mikayılova Azərbaycan RespublikasıMilli Məclisinin sədri Sahibə Qafarovanın tapşırığına əsasən,IPU-nun 152-ci Assambleyasında iştirak edir.

Assambleyanın yekunlarına əsasən fövqəladə məsələ üzrə və daimikomitələrin mövzuları üzrə qətnamələr qəbul ediləcək. Bu mövzularaparlamentlərin effektiv postmünaqişə mexanizmlərinin yaradılmasındavə ədalətli, dayanıqlı sülhün bərpasında, eləcə də ədalətli vədayanıqlı qlobal iqtisadiyyatın qurulmasında rolu daxildir.

Assambleya plenar debatların ümumi mövzusu üzrə yekun sənədinqəbulu ilə başa çatacaq.

Deputat
Deputat
Deputat
Məqalədə:
Seçilən
27
7
az.trend.az

8Mənbələr