AZ

NATO ABŞ-yə kömək etməyib və etməyəcək - Tramp

ABŞ Prezidenti Donald Tramp NATO-nun Vaşinqtona dəstək vermədiyini və gələcəkdə də belə bir yardımın gözlənilmədiyini bildirib.

Redaktor.az xəbər verir ki, o, “Truth Social” sosial şəbəkəsində paylaşımında qeyd edib ki, Şimali Atlantika Alyansı ABŞ-nin yanında olmayıb və gələcəkdə də olmayacaq.

Tramp daha əvvəl NATO müttəfiqlərinə İrana qarşı mümkün əməliyyatda iştirak təklifinin bir növ “sınaq” olduğunu bildirib və alyansın zəifliyinə eyham vurub. Bu fonda o, ABŞ-ın NATO-dan çıxma ehtimalını da istisna etməyib və tərəfdaşları Vaşinqtonu dəstəkləməməkdə ittiham edib.

NURİYYƏ

Seçilən
15
redaktor.az

1Mənbələr