AZ

“Real Madrid” “Bavariya”ya, “Arsenal” “Sportinq”ə qarşı

Bu gün UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinə yekun vurulacaq.

"Cebheinfo.az" xəbər verir ki, son oyun günündə iki qarşılaşma keçiriləcək.

Hər iki görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

İspaniyadakı ilk matçda “Bavariya”ya 1:2 hesabı ilə uduzan “Real Madrid” Almaniyada çətin səfər oyununa çıxacaq.

Digər görüş isə İngiltərədə “Arsenal” və Portuqaliya “Sportinq”i arasında olacaq. Lissabondakı birinci oyunda London klubu 1:0 hesablı qələbə qazanıb.

Qeyd edək ki, ötən gecə baş tutan matçlardan sonra İspaniyanın “Atletiko Madrid” və Fransanın PSJ klubları yarımfinala vəsiqə əldə ediblər.

"Cebheinfo.az"

Seçilən
15
5
cebheinfo.az

10Mənbələr