Xalq artisti Ənvər Sadıqov oğlu Hidayət Sadıqbəylini hərbi xidmətə yola salır.
Bakıvaxtı.az xəbər verir ki, bununla bağlı məlumatı musiqiçi özü sosial şəbəkədə paylaşıb. O bildirib ki, oğlu yaxın günlərdə əsgərliyə yollanır.
Birlikdə çəkilən fotolarını izləyiciləri ilə bölüşən Ənvər Sadıqov paylaşımına “Allah cəmi övladlarımızı qorusun. Xidmətini sağ-salamat bitirib vətənimizə, ölkəmizə layiqli övlad olasan oğlum, inşaallah” sözlərini əlavə edib.