AZ

Göyçayda güclü sel körpünü dağıtdı – rayonla əlaqə çətinləşib – Video

Azərbaycanda müşahidə olunan qeyri-sabit hava şəraiti bölgələrdə ciddi fəsadlar törədib.

Ötən gün yağan intensiv leysan yağışları nəticəsində bir sıra rayonlarda çaylardan sel keçib, infrastruktur zərər görüb.

Musavat.com xəbər verir ki, təbii fəlakətdən ən çox ziyan çəkən ərazilərdən biri Göyçay rayonu olub. Belə ki, rayon ərazisindən keçən çayda suyun səviyyəsinin kəskin artması nəticəsində güclü sel yaranıb. Sel suları rayonun kəndlərindən birini mərkəzlə birləşdirən körpünü tamamilə yuyaraq aparıb.

Hadisə nəticəsində nəqliyyatın hərəkəti məhdudlaşıb, bəzi yaşayış məntəqələri ilə əlaqə çətinləşib.

Qeyd edək ki, Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova Musavat.com-a açıqlamasında bildirib ki, aprelin 14-də Bakıda və Abşeron yarımadasında müşahidə olunan yağıntılı hava şəraiti 15-i gündüzədək davam edəcək.


Şahanə Rəhimli
Musavat.com

Seçilən
0
1
musavat.com

2Mənbələr