AZ

99 yaşlı Əsədağa babanın hər iki gözü əməliyyat edilib VİDEO

ain.az, Saglamolun saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

GÖRMƏYİ TAM BƏRPA EDİLİB

99 yaşlı pasiyentin hər iki gözündə katarakta əməliyyatı icra olunub. SAF Hospitalın cərrah-oftalmoloqu DR. Leyda Kazımova əməliyyatın təfərrüatları barədə STV-yə danışıb.Hazırda 1928-ci təvəllüdlü Cərbrayılov Əsədağa Əsəd oğlunun görmə qabiliyyəti bərpa edilib və əməliyyatdan sonra səhhəti qənaətbəxşdir.

 V İ  D E OXatırladaq ki, qocalıq kataraktası – göz büllurunun yaşla əlaqədar tədricən bulanıqlaşması ilə xarakterizə olunan xəstəlikdir.

Əsasən 50 yaşdan sonra meydana çıxır və səbəbi büllur zülallarının strukturunun dəyişməsi, oksidləşmə proseslərinin artması və maddələr mübadiləsinin zəifləməsidir. Nəticədə görmə bulanıqlaşır, rənglərin seçilməsi çətinləşir, işığa qarşı həssaslıq artır və gecə görməsi zəifləyir. İlkin mərhələdə eynək kömək etsə də, proses irəlilədikcə effektiv olmur.

Bu halda ən təsirli müalicə üsulu cərrahi əməliyyatdır.

Əməliyyat zamanı bulanıqlaşmış büllur çıxarılır və yerinə süni göz daxili linza yerləşdirilir, beləliklə görmə bərpa olunur.

Saglamolun.Az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
18
saglamolun.az

1Mənbələr