Paris məktəblərində cinsi zorakılıq hallarının artması ilə əlaqədar təhlükəsizlik tədbirlərinin gücləndirilməsi və kameraların quraşdırılması planlaşdırılır.
Bu barədə "Le Parisien" nəşri məlumat yayıb.
Layihəyə əsasən, videomüşahidə sistemləri ümumilikdə 620 təhsil müəssisəsində yerləşdiriləcək. Ən çox müzakirə edilən məqam isə kameraların hətta tualetlərdə də quraşdırılması ehtimalıdır.
Yerli tənqidçilər və vətəndaş cəmiyyəti təşkilatları bu təşəbbüsə şübhə ilə yanaşırlar. Onlar hesab edirlər ki, bu addım həm şəxsi həyatın toxunulmazlığını poza bilər, həm də zorakılıq probleminin həllində gözlənilən effektivliyi verməyəcək.