AZ

"Neftçi"nin sabiq baş məşqçisindən MARAQLI AÇIQLAMA

"Neftçi"nin sabiq baş məşqçisi Samir Abasov paytaxt klubunun hazırkı durumu və nəticələri barədə danışıb.

Sportinfo.az xəbər verir ki, 48 yaşlı mütəxəssis "CBC Sport"a açıqlamasında diqqətçəkən fikirlər səsləndirib:

"Neftçi"dən ayrıldıqdan sonra heç bir oyunlarına tam baxmamışam. Bir dənə "Zirə" ilə kubok matçlarını izlədim.

120 dəqiqəlik oyunun ümumilikdə bəlkə də cəmi 12-13 dəqiqəsinə baxmışam. İşlərim həddindən artıq çox idi.

Oyunlarında nəyinsə dəyişib-dəyişmədiyini deyə bilmərəm. Amma hamısı yeni baş məşqçinin yaxşı iş gördüyünü deyir.

Nəticələrinə də şahidik. Əlbəttə ki, bu nəticələr həmin futbolçuların sayəsindədir.

Dəyişən bir şey yoxdur. Klubun ətrafındakı insanlar bu müsahibəni izləyəcəklər.

Elə bilin ki, bir plan var di və yavaş-yavaş icra olunurdu.

Komanda nə vaxt pik nöqtəyə qalxacaq, nə vaxt formalaşacaq, futbolçular bir-birinə nə zaman uyğunlaşacaq - hamısı yazılmış bir ssenari idi. Bu ssenarini yerinə yetirən də yeni baş məşqçidir".

Samir Abasov 2020-2022 və 2024-2025-ci illərdə "Neftçi"ni çalışdırıb.

Seçilən
10
sportinfo.az

1Mənbələr