AZ

Müharibənin gedişatını dəyişdirəcək bir addım: İran bunu ilk dəfə etdi

İranın son müharibə zamanı Yaxın Şərqdəki ABŞ hərbi bazalarını izləmək üçün Çindən gizli şəkildə casus peyki əldə etdiyi iddia edilir.

Turkustan.az xəbər verir ki, sızdırılmış hərbi sənədlərə əsaslanan Financial Times qəzetinin hesabatı bölgədə yeni bir kəşfiyyat gərginliyinə işarə edir.

Hesabata görə , İran peyk vasitəsilə Səudiyyə Ərəbistanı, İordaniya, Bəhreyn, İraq, Küveyt, Cibuti, Oman və Birləşmiş Ərəb Əmirliklərindəki ABŞ hərbi bazalarını və vacib infrastruktur nöqtələrini izləyib.

"TEE-01B" adlı peykin 2024-cü ilin sonunda Çindən buraxıldığı və daha sonra İran İnqilab Keşikçiləri Korpusunun (İİKK) aerokosmik bölməsi tərəfindən idarə olunduğu deyilir.

Aytən Yaşar/ Turkustan.az

Seçilən
15
1
turkustan.az

2Mənbələr