AZ

Sosial Xidmətlər Agentliyi Bakıda üç uşaq sığınacağının fəaliyyətinə dəstək göstərir

Bakı, 15 aprel, AZƏRTAC

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən Bakıda üç uşaq sığınacağının fəaliyyətinə dəstək göstərilir.

Bu barədə AZƏRTAC-a Sosial Xidmətlər Agentliyindən məlumat verilib.

Bildirilib ki, həmin sığınacaqlarda agentliyin sosial sifarişləri ilə həyata keçirilən “Sosial sığınacaqların inkişafına dəstək” layihəsi çərçivəsində valideyn himayəsindən məhrum olmuş və zorakılıqdan zərər çəkmiş, həmçinin baxımsız, kimsəsiz və sosial təhlükəli vəziyyətdə olan uşaqlar dövlət qayğısı ilə əhatə olunurlar.

Xüsusi qayğıya ehtiyacı olan həmin uşaqlar peşəkar mütəxəssislər tərəfindən psixoloji xidmət, yaşlarına uyğun peşə bacarıqlarının inkişaf etdirilməsi, ibtidai biliklərin artırılması və fərdi təhsilə cəlb edilirlər.

Layihə uşaqların müvəqqəti sığınacaqla təmin olunması ilə yanaşı, onların həyatına uzunmüddətli müsbət təsir göstərən sosial dəstək mexanizmlərinin formalaşdırılmasına, təhlükəsizliyinin təmin edilməsinə, fərdi inkişafına və cəmiyyətə sağlam inteqrasiyasına xidmət edir.

Sığınacaqlarda, həmçinin sakinlərin asudə vaxtının səmərəli təşkili üçün müxtəlif fəaliyyətlər həyata keçirilir.

Seçilən
24
3
azertag.az

4Mənbələr