AZ

“Nəvələrimlə qalmışıq çöllərdə...” Video

Qafqazinfo portalından verilən məlumata əsasən, ain.az bildirir.

Binəqədinin Xocəsən qəsəbəsində kanalizasiya xəttində yaranan problem nəticəsində bir ev dağılıb, bir ev isə dağılmaq üzrədir. Bundan başqa, “Motodrom” adlanan yaşayış məntəqəsində isə çirkab suyun içməli suya qarışdığı iddia olunur.

“Qafqazinfo” xəbər verir ki, bu şikayətlərlə sakinlər ATV-yə müraciət ediblər.

Onların sözlərinə görə, aidiyyəti qurumlara müraciətləri nəticəsiz qalıb.

Zərərçəkən Radə Alıyeva bildirib ki, yağışlardan əvvəl də kanalizasiya daşırmış: “Son dəfə yağan yağışlardan sonra isə vəziyyət, ümumiyyətlə, dəhşət oldu. Kanalizasiya partladı suyu çəkə bilmədi və evlərə doldu. Balalarımı, nəvələrimi evdən çıxarmışam, qalmışıq çöllərdə”.

Binəqədi Rayon İcra Hakimiyyətindən bildirilib ki, “Aprel zəfəri 2-ci döngə” adlanan ərazidə uçan ev sənədsizdir: “Kanalizasiya xətləri isə sakinlər tərəfindən tikinti normalarına əməl olunmadan özbaşına çəkilib. Normadan artıq yağıntılar nəticəsində xətdə çökmə baş verib. Bununla belə, aidiyyəti qurumlara müraciət olunub.

“Motodrom” yaşayış massivində isə əraziyə məişət tullantılarının atılması nəzərdə tutulmayıb. Buna baxmayaraq, ərazi gün ərzində tullantılardan təmizlənir”.

İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən isə qeyd olunub ki, sözügedən ərazidə tullantı su şəbəkəsi yoxdur: “Primtiv xətlərdə tutulma yaranıb və xəttin açılması üçün əraziyə briqada cəlb olunacaq”.

“Aprel zəfəri 2-ci döngə” adlanan ərazidə evin uçması ilə bağlı bildirildi ki, həmin ünvandan kanalizasiya xətti keçmədiyinə görə, evin çökməsi ilə bağlı hal quruma aid məsələ deyil.

Ətraflı videomaterialda:

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
35
5
qafqazinfo.az

6Mənbələr