AZ

Azərbaycan regional və qlobal səviyyədə etibarlı tərəfdaş kimi tanınır-Özəl

Azərbaycanın dünyadakı proseslər fonunda balanslı siyasəti ölkənin müstəqilliyinin qorunması, milli maraqların təmin edilməsi və beynəlxalq nüfuzunun artırılması baxımından mühüm əhəmiyyət daşıyır. Qlobal səviyyədə baş verən siyasi, iqtisadi və təhlükəsizlik dəyişiklikləri fonunda Azərbaycan öz xarici siyasətində çevik, praqmatik və çoxşaxəli yanaşma nümayiş etdirir".

"Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Ülviyyə Həmzəyeva deyib:"Azərbaycanın balanslı siyasətinin əsas xüsusiyyətlərindən biri müxtəlif güc mərkəzləri ilə münasibətləri eyni vaxtda inkişaf etdirməkdir. Ölkə həm Avropa İttifaqı, həm də qonşu dövlətlər, eləcə də Asiya ölkələri ilə əməkdaşlığı genişləndirir. Bu yanaşma Azərbaycanın heç bir siyasi blokdan asılı olmamasına və müstəqil qərar vermə imkanını qorumasına şərait yaradır.

Enerji siyasəti də bu balansın əsas hissəsidir. Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır və neft-qaz ixracı vasitəsilə bir çox ölkələrlə strateji tərəfdaşlıq qurub. Bu əməkdaşlıq həm iqtisadi gəlir gətirir, həm də ölkənin beynəlxalq mövqeyini gücləndirir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən həyata keçirilən xarici siyasət kursu Azərbaycanın regional və qlobal səviyyədə etibarlı tərəfdaş kimi tanınmasına səbəb olub. Azərbaycan eyni zamanda regional münaqişələrdə vasitəçilik və sabitlik yaradan mövqe tutmağa çalışır. Bundan əlavə, Azərbaycan beynəlxalq təşkilatlarla əməkdaşlığı gücləndirərək BMT, Qoşulmama Hərəkatı və digər platformalarda aktiv iştirak edir. Xüsusilə Qoşulmama Hərəkatında balanslı mövqe ölkənin müstəqil xarici siyasətinin göstəricisidir. Azərbaycanın balanslı siyasəti qlobal dəyişikliklər fonunda ölkənin sabitliyini qoruyan, iqtisadi inkişafını dəstəkləyən və beynəlxalq nüfuzunu artıran strateji xətt kimi çıxış edir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
17
olaylar.az

1Mənbələr