AZ

Naxçıvanda amnistiya aktının icrası davam etdirilir

Naxçıvan, 15 aprel, AZƏRTAC

Prezident İlham Əliyevin təşəbbüsü əsasında ötən il dekabrın 19-da Milli Məclis tərəfindən qəbul edilən amnistiya aktının Naxçıvan Muxtar Respublikasında icrası davam etdirilir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bugünədək Naxçıvanda yerləşən qarışıq rejimli cəzaçəkmə müəssisəsində amnistiya aktı 140 nəfərə şamil olunub. Onlardan 62-si azad edilib, 78-nin cəzası 6 ay azaldılıb.

İcra və probasiya sahəsində isə 165 nəfər amnistiya aktından yararlanıb. Həmin şəxslərin 11-i qadındır.

Müxbir - Nail Əsgərov

Seçilən
24
9
azertag.az

10Mənbələr