AZ

"Anglo Asian Mining" 2026-cı ilin birinci rübündə mis hasilatını əhəmiyyətli dərəcədə artırıb

Bakı.Trend:

Azərbaycanda mis, qızıl və gümüş hasilatı üzrə ixtisaslaşmış"Anglo Asian Mining plc" 2026-cı ilin birinci rübündə misistehsalında əhəmiyyətli artım qeydə alıb.

Trend xəbər verirki, mis hasilatının ümumi həcmi 3 711 ton təşkil edib ki, bu da2025-ci ilin eyni dövründəki 534 ton göstəricisini xeyliüstələyir.

Artım iki əsas aktiv hesabına təmin olunub. “Gədəbəy” yatağındaflotasiyanın və SART texnologiyasının tətbiqi ilə 1 462 ton mishasil edilib, “Dəmirli” yatağı isə flotasiyadan istifadə etməkləəlavə 2 249 ton mis verib.

Nəticələri şərh edən baş icraçı direktor Reza Vəziri şirkətinəldə etdiyi irəliləyişdən və rüb üzrə nəticələrdən məmnun olduğunubildirib, “Gədəbəy” və “Dəmirli” yataqlarında yüksək hasilatgöstəricilərini xüsusi vurğulayıb.

" "Gədəbəy” və “Dəmirli” yataqlarında mis hasilatı üzrə əlanəticələr mis istehsalını sürətlə artırmaq və mis yönümlü ortasəviyyəli çoxprofilli şirkətə çevrilmək istiqamətində aydınstrategiyamızın uğurla həyata keçirildiyini nümayiş etdirir”, -deyə o bildirib.

Müqayisə üçün qeyd edək ki, 2025-ci ilin yekunlarına əsasənşirkət ümumilikdə 7 915 ton mis istehsal edib.

Şirkətin strateji inkişaf planı 2030-cu ilədək orta səviyyəli,çoxprofilli mis və qızıl istehsalçısına çevrilməni nəzərdə tutanaydın müəyyən edilmiş transformasiya yolunu ehtiva edir. Həminmüddətə kimi misin şirkətin əsas məhsuluna çevriləcəyi və illikhasilatın 50–55 min ton səviyyəsində olacağı gözlənilir.

Bu məqsədlərə nail olmaq üçün şirkət 2027–2030-cu illər ərzindəyeni üç yatağın — “Xarxar”, “Qaradağ” və “Zəfər” — istismaraverilməsini planlaşdırır. Bu yataqlar yaxın zamanda istifadəyəverilmiş “Gilar” və “Dəmirli” yataqlarına əlavə olunacaq.

“Gilar” yatağında hasilata 2025-ci ilin mayında, “Dəmirli”yatağında isə 2025-ci ilin iyulunda başlanılıb.

Nəticələri şərh edən baş icraçı direktor Rza Vaziri şirkətinəldə etdiyi irəliləyişdən və rüb üzrə nəticələrdən məmnun olduğunubildirib, “Gədəbəy” və “Dəmirli” yataqlarında yüksək hasilatgöstəricilərini xüsusi vurğulayıb.

Məqalədə:
Seçilən
12
2
az.trend.az

3Mənbələr