AZ

Qəbul prosesində süni intellekt alətlərindən istifadə edilə bilər

Yazını böyüt
Yazını kiçilt

Dövlət Proqramı İdarəetmə Qrupu ilk dəfə qəbul prosesində süni intellekt alətlərindən istifadə etməyi planlaşdırır.

Hafta.az xəbər verir ki, bunu jurnalistlərə müsahibəsində Dövlət Proqramı İdarəetmə Qrupunun layihə rəhbəri Qədir Xəlilov deyib.

Layihə rəhbəri bildirib ki, bu yanaşma qəbul prosesində həm şəffaflığın artırılmasına, həm də yoxlamaların daha dəqiq aparılmasına kömək edəcək:

“Bəzi müraciətçilər 15-20 sənəd təqdim edir və onların yoxlanılması xeyli vaxt aparır. Süni intellekt alətlərinin tətbiqi isə sənədlərin əlavə olaraq ikinci dəfə yoxlanmasına imkan yaradacaq. Bu, prosesin tam şəkildə süni intellektə həvalə olunması demək deyil, əsas məqsəd bu alətlərin effektivliyini sınaqdan keçirməkdir”.

Seçilən
15
3
hafta.az

4Mənbələr