AZ

Mirzə Fətəlinin komediyası Türkiyə səhnəsində

Türkiyə səfirliyimizin nəzdində Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə İğdır şəhərində yaradılan “Bir millət, iki dövlət” Azərbaycan–Türkiyə Gənclər Teatrının səhnələşdirdiyi ilk əsər böyük Azərbaycan dramaturqu Mirzə Fətəli Axundzadənin “Hekayəti Müsyö Jordan həkimi-nəbatat və dərviş Məstəli şah cadükuni məşhur” komediyası əsasında hazırlanan “Müsyö Jordan və Dərviş Məstəli Şah” tamaşası olacaq.

İğdır Mədəniyyət Mərkəzində, Qars Qafqaz Universitetinin Mirzə Fətəli Axundzadə zalında və Ərdahan Universitetində təqdim ediləcək əsərin quruluşçu rejissoru Naxçıvan Dövlət Universitetinin müəllimi, Azərbaycanın Əməkdar artisti, rejissor Tofiq Seyidovdur. Əsəri Türkiyə türkcəsinə Azərbaycanın Xalq artisti, tanınmış teatr-kino xadimi Cahangir Novruzov çevirib.

Xatırladaq ki, 1850-ci ildə Azərbaycan dilində yazılmış komediyanın əsas hədəfi savadsızlığın, cəhalətin tənqid edilməsi, elmi dünyagörüşünün insan həyatını dəyişməsi, çağırışı, Qərb və Şərq özəlliklərinin yumorla təqdim edilməsidir.

XQ

Seçilən
8
4
xalqqazeti.az

8Mənbələr