AZ

Əsl əfsanə: Dünyada ən populyar avtomobil açıqlanıb

2026-cı ilin əvvəlindən fevral ayına qədər olan dövrdə dünyada ən populyar yeni avtomobil "Toyota Corolla" olub...

Poliqon xəbər verir ki, bu barədə "Focus2Move" məlumat yayıb.

Modelin qlobal bazar payı 1,3% təşkil edir, satışları isə 6,5% artıb. Artım həm Asiyada (+8,4%), həm də Amerikada (+5,2%) qeydə alınıb.

"Toyota Corolla" etibarlılığı, yanacaq sərfiyyatının aşağı olması və münasib qiyməti sayəsində populyarlığını qoruyur. O, həm yeni sürücülər üçün ideal ilk avtomobil, həm də ailələr üçün praktik seçim kimi tanınır.

İkinci yerdə "Tesla Model Y" qərarlaşıb. Modelin satışları 30,4% artaraq bazar payını 1,1%-ə çatdırıb. "Tesla" markası bütün dünyada populyarlığını artırır – satış artımı Amerikada (+22,6%), Asiyada (+38%) və Avropada (+27,7%) müşahidə olunur.

Üçüncü yeri isə 70 ildən çoxdur istehsal olunan məşhur pikap "Ford F-Series" tutur. Model etibarlılığı və universallığı ilə seçilir, həm kommersiya, həm də ailə ehtiyaclarına cavab verir.

İlk onluq belədir:

1. "Toyota Corolla" (+6,5%)
2. "Tesla Model Y" (+30,4%)
3. "Ford F-Series" (-14,6%)
4. "Honda CR-V" (+5,7%)
5. "Chevrolet Silverado" (+2,9%)
6. "Toyota Camry" (+13,9%)
7. "Volkswagen Tiguan" (+19,2%)
8. "Hyundai Tucson" (+0,1%)
9. "Toyota RAV4" (-42,7%)
10. "Kia Sportage" (-0,6%)

Poliqon.info

Seçilən
32
poliqon.info

1Mənbələr