Olaylar.az xəbər verir ki, qızılın ümumi istehsal həcmi 6,062 unsiya təşkil edib, bu da 2025-ci ilin eyni dövründəki 6,028 unsiya ilə müqayisədə artım deməkdir.
Ümumi həcmin 4 842 unsiyası dore külçələri şəklində qızılın payına düşüb, daha 1 220 unsiya isə flotasiyadan və SART texnologiyası ilə emaldan əldə olunub.
Qeyd edək ki, 2025-ci ilin yekunlarına görə şirkət 25 061 unsiya qızıl istehsal edib.
Şirkətin strateji inkişaf planı 2030-cu ilədək orta səviyyəli, çoxprofilli mis və qızıl istehsalçısına çevrilməni nəzərdə tutan aydın müəyyən edilmiş transformasiya yolunu ehtiva edir. Bu vaxta qədər misin şirkətin əsas məhsuluna çevriləcəyi və illik hasilatın 50-55 min ton səviyyəsində olacağı proqnozlaşdırılır.
Bu məqsədlərə nail olmaq üçün şirkət 2027-2030-cu illər ərzində yeni üç yatağın - "Xarxar", "Qaradağ" və "Zəfər" - istismara verilməsini planlaşdırır. Bu yataqlar yaxın zamanda istifadəyə verilmiş "Gilar" və "Dəmirli" yataqlarına əlavə olunacaq.
"Gilar" yatağında hasilata 2025-ci ilin mayında, "Dəmirli" yatağında isə 2025-ci ilin iyulunda başlanılıb.