CENTCOM: İrana qarşı əməliyyat zamanı təxminən 400 ABŞ hərbçisi yaralanıb
ABŞ-ın İrana qarşı hərbi əməliyyatı nəticəsində təxminən 400 ABŞ hərbçisi yaralanıb.
CBS News-un məlumatına görə, bu barədə ABŞ Mərkəzi Komandanlığının sözçüsü bildirib.
Bəyanatda deyilir: "Döyüş əməliyyatları zamanı 399 hərbçi yaralanıb. Onlardan 354-ü xidmətə qayıdıb".
Sözçünün sözlərinə görə, hazırda üç hərbçinin vəziyyəti ağırdır.
Daha əvvəl Küveytdəki hərbi bazaya İranın zərbəsindən sağ çıxan ABŞ hərbçiləri Pentaqonu yalan danışmaqda ittiham etmişdilər.