AZ

Gürcüstan polisindən qaçan ingilis Azərbaycanda həbs olundu

Lent az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Gürcüstandan Azərbaycana qanunsuz keçən Böyük Britaniya vətəndaşı həbs olunub.

Lent.az-ın əldə etdiyi məlumata görə, ingilis Azərbaycan-Gürcütstan sərhədində saxlanılıb.

Məlumata görə, 30 yaşlı əcnəbi Gürcüstanda qaldığı halda, məsuliyyətə cəlb olunacağından ehtiyat edərək öz ölkəsinə getmək istəyib. Lakin ona qanuni yolla ölkəni tərk etməyə icazə verilməyib. Bunun üçün o, Azərbaycana qanunsuz keçərək Böyük Britaniya səfirliyinin köməyilə ölkəsinə dönməyə qərar verib.

Saxlanılan əcnəbi barəsində cinayət işi açılıb.

Təqsirləndirilən şəxs ifadəsində bildirib ki, pandemiya zamanı Böyük Britaniyada işsizlik olduğu üçün şərq ölkələrinə gəlib. Misirdə qabyuyan işləyib. Getdiyi digər ölkələrdə isə ofisiant, təmizlikçi, poçtalyon və s. işləyib.

2024-cü ildə tanışının Gürcüstanda yaşadığını öyrənib və bu ölkəyə gəlib. Həmin ilin dekabrında bu Gürcüstanda etiraz aksiyaları keçirilib və o da hadisələri mobil telefonla çəkərək “Instagram”da yayıb. Bu əməlinə görə o saxlanılıb və 12 gün inzibati qaydada həbs olunub.

Böyük Britaniya vətəndaşının sözlərinə görə, azadlığa çıxandan sonra da küçədə sərbəst gəzə bilməyib, daim təqib altında olub. Belə ki, onun guya ki, etiraz aksiyaları zamanı Parlamentə daxil olaraq təxribat yaratması ilə bağlı sosial şəbəkələrdə ittihamlar yayılıb. Lakin heç bir aksiyada iştirak etməyib, sadəcə olanları mobil telefonla çəkib.

Bu səbəbdən o, ölkəsinə getmək üçün əvvəlcə aviabilet alaraq ölkəsinə getmək istəyib. Lakin ona ölkəni tərk edə bilməyəcəyi deyilib. Nəticədə Gürcüstan-Türkiyə sərhədini qanunsuz keçmək istəyib. Amma sərhəddə saxlanılıb və cərimələnərək sərbəst buraxılıb. Bundan sonra Azərbaycana gələrək buradakı Böyük Britaniya səfirliyinin köməyilə ölkəsinə geri dönmək istəyib. O, gecə saatlarında Gürcüstanın Candari kəndindən piyada Azərbaycan istiqamətində irəliləyib. Lakin az sonra Azərbaycan sərhədçiləri tərəfindən saxlanılıb. Saxlanılarkən üzərində heç bir şübhəli əşya və ya bağlama olmayıb.

O, əməlindən peşman olduğunu deyərək barəsində yüngül cəza verilməsini və ölkəsinə qaytarılmasını xahiş edib.

Məhkəmənin qərarı ilə o, 1 il müddətinə azadlıqdan məhrum edilib.

Həbsin əvvəli isə onun saxlanıldığı 2025-ci ilin aprelin 17-dən hesablanıb.

Həmçinin qərara əsasən əcnəbi vətəndaş cəza müddəti bitəndən sonra Azərbaycandan məcburi çıxarılmalıdır.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
34
1
lent.az

2Mənbələr