AZ

Bu hallarda valideyn övladına təzminat ödəyəcək

Azərbaycanda valideynlərin və uşaqların şəxsiyyət hüquqları pozularsa, mənəvi zərərin kompensasiyası tələb oluna bilər.

Ucnoqta xəbər verir ki, bu barədə Ali Məhkəmədən bildirilib.

Qeyd olunub ki, valideynlərin uşağın hüquqlarına zidd davranışları, o cümlədən ünsiyyətə maneə yaradılması, zorakılıq və ya laqeyd münasibət mənəvi zərər yaradır və məhkəmə qaydasında təzminat tələbinə əsas verir.

Eyni zamanda, uşağın digər valideynlə ünsiyyət hüququnun pozulması və ya ölkədən çıxışına qanunsuz maneə yaradılması da kompensasiya tələbi ilə nəticələnə bilər.

Alimentin ödənilməməsi isə yalnız uşağın əsas hüquqları pozulduğu halda mənəvi zərər kimi qiymətləndirilə bilər.

Seçilən
13
1
ucnoqta.az

2Mənbələr