AZ

2026-cı ilin birinci rübü ərzində “Çağrı Mərkəzi” 2597 zəng qəbul edib

Bakı. Trend:

2026-cı ilin birinci rübü ərzində Energetika Nazirliyinin “ÇağrıMərkəzi” və “Qaynar xətt”i vasitəsilə 2597 zəng qəbul edilib.

Bu barədə Trend-ə nazirlikdən məlumat verilib.

Daxil olan zənglərin 2196-sı elektrik və istilik enerjisi, təbiiqaz təchizatı, 229-u təşəkkür xarakterli, 172-si isə digərməsələlərlə bağlı olub.

Hesabat dövründə qəbul edilən bütün zənglər operativ şəkildəcavablandırılıb, araşdırma tələb edən müraciətlər aidiyyəti üzrənazirliyin müvafiq struktur bölmələrinə və ya tabeli qurumlarayönləndirilib, müraciət edən şəxslər araşdırmaların nəticələribarədə məlumatlandırılıb.

Qeyd edək ki, vətəndaşların müraciətlərinə baxılması işininsəmərəli təşkili məqsədilə Energetika Nazirliyinin “974” “ÇağrıMərkəzi” və (012) 598-16-55 “Qaynar Xətt”i fəaliyyət göstərir.

Seçilən
10
4
az.trend.az

6Mənbələr