AZ

ABŞ ordusunda itkilərin SAYI

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) sözçüsü Tim Hokins ABŞ–İsrail əməliyyatı zamanı təxminən 400 Amerika əsgərinin yaralandığını bildirib.

Redaktor.az xəbər verir ki, bu barədə "Associated Press" məlumat yayıb.

Açıqlamada qeyd olunur: “Təxminən 400 ABŞ hərbçisi yaralanıb. Bunlardan üçü ağır yaralanıb, 354-ü isə xidmətə qayıdıb. On üçü öldürülüb, yeddisi döyüş nəticəsində, altısı İranın Küveytə zərbəsi nəticəsində, biri isə Səudiyyə Ərəbistanında aldığı yaralardan ölüb”.

Məlumata görə, hadisə ilə bağlı hərbi əməliyyatın detalları açıqlanmayıb və itkilərin son statistikası yenilənə bilər.

Aminə ŞAHSUVARQIZI

Seçilən
10
1
redaktor.az

2Mənbələr