AZ

Azərbaycan bu göstəricilərə görə regionda sonuncudur

“Region ölkələri IT ixracda xeyli irəliləyiblər, biz ləngiyirik. Son illər region ölkələri IT ixracını sürətlə artıraraq milyard dollarlıq hədləri keçiblər. Cəmi bir neçə ölkənin IT eksport təhlilinə göz gəzdridim. Çox tələsirlər. Real da nəticələri var”.

“Yeni Sabah” xəbər verir ki, bu barədə Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz bildirib. O qeyd edib ki, hazırda Azərbaycan İT ixrac təhlillərinə görə, regionda sonuncu pillədədir:

“Region ölkələrində son 5 ildə IT eksportun dinamikası:

1. Qazaxıstan

2020-ci ildə IT sahəsində eksport 30 milyon $ olub, 2023-də 500 milyon $ olub, hazırda IT eksport 1.2 milyard $ civarındadır.

2. Özbəkistan

2022-ci ildə IT eksport 100 milyon $ olub, hazırda təxminən 1 milyard civarındadır

3. Ermənistan

5 il öncə təxminən 300 milyon $ olub

2025-də 1 milyard $-ı keçib (Xidmət ixracının 20%-i IT eksportdur)

4. Ukrayna

Çoxdan 1 milyardı keçib

Hazırda IT eksport 5-6 milyard $ həcmindədir

5. Azərbaycan

Bildiyim qədər, bu rəqəm 100 milyona yaxındır.

RINN, İRİA daha dəqiq bilər”.

O.Gündüz əlavə edib ki, sözügedən sahədə daha cəld və effektiv qərarlar olmalıdır:

“Azərbaycanda da son dövrlərdə rəqəmsal infrastrukturun yenilənməsi, rəqəmsal transformasiya sahəsində dinamika, müsbət addımlar müşahidə olunur. Prezident tərəfindən ciddi tapşırıqlar verilib.

Sektorda dinamikanı, prosesləri sürətləndirmək üçün yeni kordinasiyaedici qurum - Rəqəmsal İnkişaf Şurası formalaşdırılıb, real maliyyə dayaqlarına söykənən Fəaliyyət Planı qəbul edilib. Lakin çox, hədsiz çox ləngiyirik. Bu gedişlə rəqəbətədavamılılq gələcəkdə daha çətin ola bilər.

Düşünürəm ki, daha cəld və effektiv qərarlar olmalıdır. Real, işlək dəstək mexanizmləri olmalıdır. Biznesi, startapları cəlb etmək lazımdır böyük layihələrə.

Bir daha təəssüflənirəm ki, İRİA-nın İT sektora dəstək sahəsində addımları hələlik qənaətbəxş deyil , çox ləng gedir proseslər.

Elə son günlər DVX-nin açıqladığı "100 ən çox vergi ödəyicisi" siyahısından IT sektordakı vəziyyətin necə olması açıq-aşkar görsəınir.

Bu siyahının açıqlanmasından sonra hökumət gərək həyəcan təbili çalaydı, cavabdeh qurumlardan hesabat tələb edəydi. Lakin hələlik heç bir tərpəniş müşahidə olunmur.

Ümdi edirəm aidiyyəti qurumlar da mövcud vəziyyətin fərqindədirlər”.

Nazim Hacıyev


Telegram kanalımız
Seçilən
11
1
yenisabah.az

2Mənbələr