AZ

Bu dəfə gülləri qoparıb buket düzəltdilər - VİDEO

Bakıda yerləşən Dənizkənarı Milli Park ərazisində yenidən narazılıq doğuran hadisə baş verib.

Ölkə.az-ın məlumatına görə, parkda müxtəlif güllərlə bəzədilmiş sahədə bəzi şəxslər tərəfindən güllər qoparılaraq buket hazırlanıb.

Bu anlar çəkilərək sosial şəbəkələrdə paylaşılıb.

Xatırladaq ki, bir neçə gün öncə parkda yerləşən və müxtəlif güllərdən ibarət olan sahə yararsız hala salınıb. Dağlalələri dibindən qoparılıb, lalə və zanbaqlardan ibarət olan hissədəki çiçəklər qırılıb.

Məlum olub ki, gülləri yararsız hala salanlardan bəziləri bir sıra bloqerlərdir.

Həmidə İbrahimova

Seçilən
13
3
olke.az

4Mənbələr