Axsham.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
Türkiyəli müğənni, aparıcı Seda Sayan "Kafa Tv"yə verdiyi müsahibə gündəm olub.
Axşam.az-ın məlumatına görə, o, gənc qızlara bəzi məsləhətlər verib:
"Qızların gözləntiləri çox yüksəkdir. Qarşınızdakı gəncin bir az da büdcəsinə görə davranmaq lazımdır. Kişinin sizə verəcəyi dəyərə yox, maşınına baxırlar. Sonra da deyirlər ki, "Necə evlənirsiniz? Evlənəcək adam tapa bilmirik". Evlənəcək adam çoxdur. Əvvəlcə bir az dayanıb düşünməlisiniz: gözləntiniz nədir? O kişinin ailənizə münasibəti necədir, sizə münasibəti necədir? Bunlar vacibdir. Yaxşı oğlanları boşuna itirirsiniz, etməyin.
İt kimi işləyib, kraliça kimi yaşayıram. Öz pulunuzu qazanın, heç kimin cibinə baxmayın. O zaman insanın qəlbinə, xarakterinə fikir verərsiniz. Öz pulunuzu qazanın, qızlar. Sevgiliniz sizə "Pul lazımdır, mənim üçün kredit götürərsən?" deyəndə dərhal uzaqlaşın. Borcu varsa, yenə uzaqlaşın. Qoy əvvəl borclarını bağlasın, sonra gəlsin. Əgər evlənməmişdən əvvəl belə davranırsa, bu, problemdir. Amma evlisinizsə və birlikdə borcun altına girirsinizsə, bu normaldır. Xahiş edirəm, belə məsələlərə diqqət edin".
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.