Məşhur boksçu və şoumen Ceyk Polun nişanlısı Yutta Lerdam sosial şəbəkələrdə paylaşdığı açıq fotolarla yenidən diqqət mərkəzinə düşüb.
Publika.az xəbər verir ki, 27 yaşlı niderlandlı sürətli konkisürən, olimpiya çempionu və öz növündə ən populyar idmançılardan biri olaraq istirahətindən görüntüləri izləyiciləri ilə bölüşüb.
Fotolardan biri xüsusilə böyük maraq doğurub. Belə ki, o, kiçik bikini ilə güzgü qarşısında çəkdiyi selfini paylaşıb və bu paylaşım qısa müddətdə minlərlə şərh toplayıb.
Digər şəkillərdə isə Lerdam daha sakit anları nümayiş etdirib. Rəngarəng krop və ağ şalvarda yeməkdən zövq alması, həmçinin Ceyk Pol ilə birlikdə istirahətindən gözəl kadrlar yer alıb. Cütlük bu səfərə “Tor” adlı itlərini də aparıb.