AZ

Azərbaycanda QİÇS-ə yoluxan insanların sayı məlum olub

Azərbaycanda QİÇS-ə (Qazanılmış İmmun Çatışmazlığı Sindromu) yoluxan insanlara dair yeni statistika məlum olub.

Olayların əldə etdiyi məlumata görə, ölkədə narkomanların İnsanın İmmunçatışmazlığı Virusuna (İİV) yeni yoluxma hadisələrinin sayında azalma müşahidə olunur.

2026-ci ilin mart ayının sonuna kimi aşkarlanmış İİV-ə yoluxmuş Azərbaycan vətəndaşlarından 15-i (4,2 %) inyekson narkotik istifadəçisi olub.

Həmçinin, hazırda metadonla əvəzedici müalicə proqramı üzrə 3 məntəqədə 698 xəstə müalicə alır.

Onlardan 276-sı Respublika Narkoloji Mərkəzi, 297-si QİÇS-lə Mübarizə Mərkəzi, 125-si isə Sumqayıt Narkoloji Mərkəzində yerləşdirilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
4
3
olaylar.az

4Mənbələr