AZ

Azərbaycan və ABŞ arasında strateji əməkdaşlıq müzakirə olundu

Bakı. Trend:

Aprelin 15-də xarici işlər nazirinin müavini Elnur Məmmədov ABŞDövlət Departamentinin İqtisadi, Enerji və Biznes MəsələləriBürosunun baş müşaviri Rebekka Neff və Ticarət və İnkişafAgentliyinin (USTDA) nümayəndələri ilə görüşüb.

Bu barədə Trend-ə Xarici İşlər Nazirliyindən məlumatverilib.

Bildirilib ki, görüş zamanı iki ölkə arasında StratejiTərəfdaşlıq Xartiyasının icrasından irəli gələn məsələlər, ocümlədən enerji və ticarət məsələləri, regional bağlantılar vəiqtisadi sərmayə sahələrində əməkdaşlıq müzakirə edilib.

Tərəflər arasında nəqliyyat, rəqəmsallaşma, süni intellekt və s.potensial layihələr, bu istiqamətdə görülən işlər və özəl sektornümayəndələrinin iştirakı ilə bağlı fikir mübadiləsi aparılıb.

Görüş zamanı Azərbaycanın regionun enerji təhlükəsizliyindəmühüm rolu, Orta Dəhlizdə ticarət marşrutlarının şaxələndirilməsi,habelə Azərbaycanda mövcud əlverişli biznes və investisiya mühitivə yeni əlaqələrin qurulması imkanları nəzərdən keçirilib.

Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfliməsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Azərbaycan
Azərbaycan
Azərbaycan
Seçilən
13
38
az.trend.az

10Mənbələr