Cari ilin yanvar-mart aylarında neft-qaz sektoruna 1 milyard 525,9 milyon manatlıq vəsait yönəldilib.
Dövlət Statistika Komitəsindən bildirilib ki, hesabat dövründə ölkənin neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 47 faiz artıb.
Qeyd edək ki, 2025-ci ilin müvafiq dövründə sözügedən göstərici 1 milyard 37,7 milyon manat səviyyəsində olub.