AZ

Qaluzinin QƏFİL Bakı səfəri - Pərdəarxasında NƏ var?

Xəbər verildiyi kimi, aprelin 14-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Rusiyanın xarici işlər nazirinin müavini Mixail Qaluzini qəbul edib. Azərbaycanın Xarici İşlər Nazirliyindən verilən məlumatda bildirilir ki, görüş zamanı Azərbaycan-Rusiya münasibətlərinin siyasi, iqtisadi-ticarət və humanitar aspektləri, habelə qarşılıqlı maraq doğuran regional və beynəlxalq təhlükəsizlik məsələləri müzakirə olunub.

Əməkdaşlıq gündəliyində duran məsələlərin müzakirəsi baxımından qarşılıqlı səfərlərin və təmasların əhəmiyyəti vurğulanıb. Tərəflər Azərbaycan ilə Rusiya arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə Hökumətlərarası Dövlət Komissiyasının fəaliyyətinin ikitərəfli iqtisadi əlaqələrin inkişafında mühüm rol oynadığını qeyd edərək, bu mexanizm çərçivəsində görülən işlər və perspektiv istiqamətlər üzrə müzakirələr aparıblar.

Görüşdə, həmçinin, qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb, əməkdaşlığın gələcək perspektivləri nəzərdən keçirilib.

Düşənbədə

Bəs pərdəarxasında hansı mövzular müzakirə predmeti ola bilərdi? Ümumiyyətlə, hazırda iki ölkə arasında münasibətlərin səviyyəsini necə xarakterizə eləmək olar, bu əlaqələr bir il öncəki ilə müqayisədə daha yaxşıdır, yoxsa?

Professor Qabil Hüseynli qeyd edib ki, Azərbaycan-Rusiya təmasları intensivləşib. Onun xatırlatmasına görə, aprelin 8-də Qaluzin Moskvadakı səfirimiz Rəhman Mustafayevlə görüşüb və cəmi bir həftə sonra Bakıya gələrək XİN rəhbərinin qəbulunda olub. Politoloq hesab edir ki, bundan az əvvəl də Lavrovun müavini ölkəmizdə olmuşdu və ardıcıl səfərlərdən görünür ki, Moskva Bakı ilə əlaqələri tam normallaşdırmağa çalışır: "Hazırda Şimal-Cənub dəhlizi tərəflər üçün ən vacib müzakirə mövzusudur. İrana qarşı müharibə və regionda gərginlik logistika layihələrini risklərlə üz-üzə qoyub. Rusiya sanksiya altındadır və Şimal-Cənub dəhlizi əşhədü-ehtiyac olaraq qalmaqdadır. Ona görə Azərbaycanla əsasən bu məsələlər müzakirə olunur. Düşünürəm ki, səfərin əsas məqsədlərindən biri bu olub".

Hərbi

Q.Hüseynli rəsmi məlumatda vurğulanan "humanitar məsələlərin müzakirəsi" dedikdə, Bakıda saxlanılan 11 Rusiya vətəndaşı və digər mövzuların nəzərdə tutulduğunu ehtimal edir: "Bu məsələlər son vaxtlar ikitərəfli danışıqların gündəliyinə salınır. Lakin Azərbaycanın da gözləntiləri var. Xüsusən, təyyarə məsələsində addım atılması lazımdır. Yəni son təmaslar göstərir ki, tərəflər problemləri həll etməyə yaxındırlar. Rusiya prezidentinin Azərbaycanın dövlət başçısına zəngi, İrana humanitar yardımın çatdırılması və rusların təxliyəsinə yaradılan şəraitə görə minnətdarlıq bildirməsi normallaşan əlaqələrin bir hissəsidir. Əlbəttə ki, Azərbaycan Rusiya ilə münasibətləri normallaşdırmaqda maraqlıdır. Biz Kremlin əleyhinə hər hansı qərar qəbul etməmişik, yaxud anti-Rusiya cəbhəsində yer almamışıq. Moskva Bakının bu siyasətini qiymətləndirməlidir. Odur ki, Qaluzinin səfəri son deyil və növbəti görüşlər də gözləniləndir".

Emil Salamoğlu
Musavat.com

Seçilən
15
50
musavat.com

10Mənbələr